МЕТОД УСТРАНЕНИЯ РЕТРАКЦИИ НИЖНЕГО ВЕКА: РОЛЬ УКОРОЧЕНИЯ И ПОТЕРИ ОБЬЕМА СРЕДНЕЙ ПЛАСТИНКИ

Authors

  • Джарулла-заде И.Ч.
  • Голдберг Р.А.

Keywords:

alt göz qapağının retraksiyası, buynuz qişa refleksi (MRD2)

Abstract

Tədqiqatın məqsədi. Autodermisdən, kiçik kəsikdən istifadə etməklə alt göz qapağının retraksiyasının aradan
qaldırılmasının yeni üsulunun işlənib hazırlanması, onun effektivliyinin qiymətləndirilməsi.

Material və metodlar
Tədqiqat retrospektiv aparılmışdır. Alt göz qapağının retraksiyası diaqnozu ilə
pasiyentlər daxil edilmişdir, hansılar ki autodermisdən istifadə etməklə əməliyyat olunmuşdur. Əməliyyatdan
sonra minimal müayinə müddəti 6 ay təşkil etmişdir. Cərrahi müalicədən əvvəlki və sonrakı nəticələrin müqayisəli
təhlli aparılmışdır.
Müayinə edilən parametrlər olmuşdur: alt göz qapağı və buynuz qişa refleksi arasında (MP,Q2) məsafə,
laqoftalmın azalması, həmçinin alt göz qapağının kosmetik vəziyyəti. Müalicənin effektivliyinin nəticələri
müayinədən əvvəlki və sonrakı şəkillərin müqasiyəsi ilə təsdiq eidlmişdir.

Cərrahi texnika
Retroaurikulyar sahə ellips formasında olan lazımi ölçüdə epidermisin götürülməsi üçün
istifadə edilir. Epiteliy deepitelizasiyanı yüngülləşdirmək üçün epidermisin ayrılmasından əvvəl çıxarılır. Yara iki
qatla bağlanır. Dərin dermal qat sorulan saplarla, üst dəri qatı sorulmayan monofilament saplarla.
Lateral kantusdan 0.5,1 sm yuxarı aparılan lsm ölçüdə kəsik retraktorlarm tarzusa və konyunktivaya bərkidilən
yerdən disseksiyası üçün aparılır. Ayrılmadan sonra Stivenson qayçısından istifadə etməklə orta lövhəcik sahəsində
(konyunktiva və orbikulyar əzələ arasında) cib yaradılır. Həmin müstəvidə septumun çapıqlaşmış dəyişiklikləri
müəyyən edilir və göz yuvasının sümük qırağından ayrılır.
Öncədən ayrılmış dermis sorulan tikiş üstündən iynəyə bərkidilir. iynə venadaxili inyeksiyalar borusundan
keçirilir. Hemostat pinsetin köməyi ilə borudakı iynə cibdən keçirilir və, kanalikulyar aparatı zədələməmək
şərtilə, medial kantusdan çıxarılır. Dermisin medial ucu dəriyə tikilir. Lateral uc lateral kantusa bərkidilir. Dəri
tikilir. Əməliyyatın sonunda alt göz qapağına tikişlər qoyulur və frontal sahəyə yapışqan lent vasitəsilə bərkidilir.
Üstündən sıx sarğı qoyulur. Tikişlər və sarğı bir həftədən sonra ilk əməliyyatdan sonrakı müayinə zamanı açılır.

Nəticələr
Ümumilikdə 5 xəstə (6 üst qapaq) əməliyyat olunmuşdur. Alt göz qapağı və buynuz qişa refleksi
arasında (MP,flj2) məsafə orta hesabla 1.6 mm (1-1.9 mm) azalmışdır. Əməliyyatdan sonra minimal müddət 6 ay
(6-10 ay) təşkil etmişdir. Orta yaş həddi 58 (34-78) olmuşdur.

Downloads

Download data is not yet available.

Published

2011-07-21

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Джарулла-заде И.Ч. and Голдберг Р.А. 2011. МЕТОД УСТРАНЕНИЯ РЕТРАКЦИИ НИЖНЕГО ВЕКА: РОЛЬ УКОРОЧЕНИЯ И ПОТЕРИ ОБЬЕМА СРЕДНЕЙ ПЛАСТИНКИ. The Azerbaijan Journal of Ophthalmology. 6 (Jul. 2011), 77–79.
Article Footer

Similar Articles

1-10 of 418

You may also start an advanced similarity search for this article.