К АНАЛИЗУ ЧАСТОТЫ ВСТРЕЧАЕМОСТИ ПАТОЛОГИИ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ПАЦИЕНТОВ С ГЛАУКОМОЙ

Authors

  • Ибрагимзаде Г.Т.
  • Ибрагимова А.А.

Keywords:

göz yaşı yolları, birincili açıq bucaqlı qlaukoma, antiqlaukomatoz damcılar

Abstract

Məqsəd - uzun müddət antiqlaukomatoz preparatlar istifadə edən pasientlərdə göz yaşı yollarının patologiyasının
yaranma tezlini öyrənmək.

Material və metodlar
Kliniki tədqiqata yaşaxma şikayəti olan 350 xəstə daxil edilmişdir. Əsas qrupa 3 ildən artıqdırdki yaşaxma
şikayəti olan açıq bucaqlı qlaukomadan mualicə alan 175, pasient daxil olmuşdur. Nəzarət qrupuna 175 yaşaxma
şikayəti olan və görmə orqanında heç bir patologiyası olmayan xəstələr daxil edilmişdir.

Nəticələr
Əsas qrupda antiqlaukomatoz damcılar istifadə edən xəstələrdə 69 xəstədə göz yaşı yollarının stenozu (39,5%), 42 xəstədə lakrimal kanalın obliterasiyası (24%), 51 xəstədə dakriosistit (29,2%), 13 xəstədə kanalikulit (7,4%) aşkarlanmışdır. Nəzarət qrupunda göz yaşı yollarının stenozu 117 xəstədə (66,9%), 21 xəstədə (12%) göz yaşı yollarının obliterasiyası, 34 xəstədə (19,4%) dakriosistit və 3 xəstədə (1,7%) kanalikulit müşahidə edilmişdir.


Yekun
Alınmış nəticələrə görə, antiqlaukomatoz damcılarının uzun müddət istifadəsi göz yaşı yollarının patologiyasının
daha erkən inkişafına gətirib çıxarır. Bu dərmanların qlaukomalı xəstələrdə korluğun yaranmasının qarşısını almaq
üçün zəruri olduğunu nəzərə alaraq, antiqlaukomatoz damcıların yan təsirini aşağıdakı yollarla çalışıb azaltmaq
lazım olduğunu düşünürük: damcı instilyasiyasından sonra 5 dəqiqə ərzində yaş nöqtəsinə təzyiq göstərmək; təbii
gözyaşı əvəzedicisi preparatlarını təyin etmək; konservantsız damcılara üstünlüyün vermək.

Downloads

Download data is not yet available.

Published

2019-12-30

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Ибрагимзаде Г.Т. and Ибрагимова А.А. 2019. К АНАЛИЗУ ЧАСТОТЫ ВСТРЕЧАЕМОСТИ ПАТОЛОГИИ СЛЕЗООТВОДЯЩИХ ПУТЕЙ У ПАЦИЕНТОВ С ГЛАУКОМОЙ. The Azerbaijan Journal of Ophthalmology. 30 (Dec. 2019), 51–55.
Article Footer

Similar Articles

1-10 of 460

You may also start an advanced similarity search for this article.