"MORNING GLORY" SİNDROMUNDA REQMATOGEN TOR QIŞA QOPMASININ VİTREORETİNAL CƏRRAHİYYƏSİ (KLİNİK HAL)

Müəlliflər

Açar sözlər

tor qişanın qopması, , vitreoretinal cərrahiyyə

Xülasə

"Morning glory" sindromu (MGS) qıfvari görmə siniri diski, mərkəzi qlial toxuma və peripapilyar piqmentasiya ilə xarakterizə olunan nadir, anadangəlmə görmə siniri diski anomaliyasıdır. Çox vaxt birtərəfli olan bu sindrom yüksək miopiya, ambliopiya və inkişaf qüsurları ilə əlaqələndirilir, rastgəlmə tezliyi təxminən 100000 nəfərə 3,6 hal təşkil edir. Tor qişanın qopması bu sindromun əsas ağırlaşmalarından biridir və halların 26 - 40%-də rast gəlinir, daha çox seroz xarakter daşısa da, traksion və ya reqmatogen formada da baş verə bilər.

Məqsəd – tor və damarlı qişaların qopması ilə ağırlaşmış MGS olan xəstədə vitreoretinal cərrahiyyənin nəticələrini təqdim etmək. Uşaqlıqdan yüksək miopiya (OD: (–)15 D; OS: (–)10 D) və ambliopiya anamnezi olan 35 yaşlı kişi son 2 ay ərzində sağ gözdə kəskin görmə itkisi (maksimal korreksiya olunmuş görmə itiliyi (MKGİ): 20/2000) şikayəti ilə müraciət etmişdir. Anamnezdə hər iki gözdə skleroplastika əməliyyatı, sol gözdə isə fakik linza implantasiyası və lazer fotokoaqulyasiyası icra olunduğu qeyd edilmişdir. B-skan ultrasəs müayinəsi zamanı reqmatogen tor qişa və damarlı qişanın qopması aşkar olunmuşdur. Xəstəyə saat 11 meridianında optik disk kənarı yırtığı ətrafında endolazer fotokoaqulyasiya, subretinal mayenin aspirasiyası və silikon yağı (5700 cSt) tamponadası ilə 25 ölçülü vitrektomiya əməliyyatı icra edilmişdir. İki ay sonra silikon yağının çıxarılması, İOL implantasiyası ilə kataraktanın fakoemulsifikasiyası və qaz-hava tamponadası əməliyyatları həyata keçirilmişdir. Silikon yağı çıxarıldıqdan 6 ay sonra tor qişanın tam bitişməsi müşahidə olunmuş, sağ gözün MKGİ göstəricisi 20/100-ə qədər artmışdır.

Yekun
Tor qişanın qopması ilə müşayiət olunan MGS arxa şüşəvari cismin qopmaması, sıx fibroz toxuma və uzun aksial oxunun olması kimi cərrahi çətinliklər yaradır. Erkən oftalmoloji diaqnostika və vaxtında aparılan cərrahi müalicə əməliyyatdan sonrakı dövrdə uğurlu anatomik nəticənin əldə olunmasına imkan verir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

07.07.2026

Nömrə

Bölmə

KLİNİK MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Babaeva D.B. and Fayzrahmanov R.R. 2026. "MORNING GLORY" SİNDROMUNDA REQMATOGEN TOR QIŞA QOPMASININ VİTREORETİNAL CƏRRAHİYYƏSİ (KLİNİK HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 57 (Jul. 2026), 37–43.
Article Footer

Oxşar məqalələr

1-10 : 279

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.