QLAUKOMANIN MÜALİCƏSİNDƏ MİKROİNVAZİV CƏRRAHİYYƏ: DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI (ƏDƏBİYYAT İCMALI)

Müəlliflər

Açar sözlər

qlaukoma, gözdaxili maye axını, mikroinvaziv qlaukoma cərrahiyyəsi, viskodilatasiya qoniotomiya, trabekulotomiya, kanaloplastika, viskodilatasiya

Xülasə

Dünyada qlaukomanın yüksək yayılması və xəstələrin sayının daha da artması bu patologiyanın müalicəsi üçün innovativ metodların axtarılması zərurətini ortaya qoyur.
Hal-hazırda qlaukoma müalicəsi müxtəlif dərman qrupları və lazer üsullarını əhatə edir. Dərman və lazer müalicəsinin qeyri-kafi effektivliyi və ya məhdudiyyətləri alternativ cərrahi yanaşmanın seçilməsi üçün əsasdır. Lakin, gözdaxili təzyiqin (GDT) optimal kompensasiyasına nail olmaqla yanaşı, müasir qlaukoma cərrahiyyəsindəki tendesiyalar əməliyyatların keçirilmə müddətini azaltmağa, toxuma zədələrini minimuma endirməyə, sabit və uzunmüddətli hipotenziv təsirin təmin edilməsinə yönəlmişdir. Son onilliklərdə müxtəlif mikroinvaziv qlaukoma cərrahiyyəsi (MİQC) üsulları ortaya çıxmışdır.

Bu icmalda PubMed, e-library, Scopus, Google Scholar bazalarından istifadə edərək MİQC mövzusunda mövcud nəşrlər təhlil edilmişdir. Məlumat sistemləşdirilmiş və hazırda mövcud olan MİQC texnikalarının ən əhatəli təsnifatının yaradılması üçün əsas rol oynamışdır. Bu təsnifat onların texniki xüsusiyyətlərini və göz drenaj sisteminin müxtəlif strukturlarına təsir mexanizmlərini nəzərə alaraq hazırlanmışdır. MİQC-nin effektivliyini, yüksək təhlükəsizlik profilini, uzunmüddətli nəticələrin sabitliyini və sürətli reabilitasiyasını sübut edən çoxmərkəzli tədqiqatların və meta-analizlərin nəticələri təqdim olunur. Bu, xəstəliyin erkən və inkişaf etmiş mərhələlərində MİQC-nin şübhəsiz tələbatını və potensialını göstərir.

Şübhəsiz ki, effektivlik və mümkün risklər arasında mütləq balansını nəzərə alarkən, MİQC sahəsində əlavə tədqiqatların praktikada istifadəsi üçün göstərişləri genişləndirmək məqsədilə aktualdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Necə istinad edilir

[1]
Qasımov E.M. et al. 2026. QLAUKOMANIN MÜALİCƏSİNDƏ MİKROİNVAZİV CƏRRAHİYYƏ: DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI (ƏDƏBİYYAT İCMALI). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 155–176.
Article Footer

Oxşar məqalələr

1-10 : 168

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.