REFRAKSİYA QÜSURLARI OLAN GƏNC KİŞİLƏRDƏ TOR QİŞANIN PERİFERİK DEGENERASİYALARININ RASTGƏLMƏ TEZLİYİ VƏ KLİNİK PROFİLİ

Müəlliflər

Açar sözlər

tor qişanın periferk degenerasiyaları, tor qişanın qopması, refraksiya qüsurları, refraktiv cərrahiyyə, arxa hialoid membranın qopması

Xülasə

Məqsəd – refraksiya qüsurları olan gənc kişilərdə tor qişanın periferik degenerasiyalarının (TPD) rastgəlmə tezliyini, refraktiv göstəricilərlə əlaqəsini və klinik xüsusiyyətlərini müəyyən etmək.

Material və metodlar
Retrospektiv analitik tədqiqata yaşı 16-35 arasında olan 649 kişi daxil edilmişdir. Bütün iştirakçılarda ümumi oftalmoloji müayinə aparılmışdır. Refraksiya göstəriciləri sikloplegiyadan sonra müəyyən edilmiş, hər göz üçün sferik ekvivalent (SE) hesablanmışdır. Tor qişanın periferik dəyişiklikləri göz dibinin detallı, genişləndirilmiş müayinəsi vasitəsilə aşkar olunmuş və morfoloji alt tiplərə bölünmüşdür. TPD-nin yayılma tezliyi, pasiyent və göz səviyyəsində 95% etibarlılıq intervalı (EI) ilə hesablanmışdır. Statistik analizdə χ2 testi və çoxfaktorlu loqistik reqressiya tətbiq edilmişdir.

Nəticələr
Tor qişanın periferik degenerasiyaları 649 pasiyentdən 55-də aşkar olunmuşdur (8,47%; 95% EI: 6,5-10,8). Aşkar olunan halların 47,3%- də patalogiya ikitərəfli olmuşdur. TPD olan pasiyentlərin 12,7%-də yırtıqlar, 1 pasiyentdə (1,8%) isə periferik tor qişa qopması qeydə alınmışdır. TPD-nin rastgəlmə tezliyi miopiyanın dərəcəsi artdıqca statistik cəhətdən əhəmiyyətli şəkildə yüksəlmişdir (p = 0,0478). Çoxfaktorlu logistik reqressiya analizi göstərmişdir ki, miopiyanın dərəcəsinin artması TPD üçün müstəqil risk faktorudur (OR = 0,905; 95% EI: 0,841–0,973; p = 0,0073). TPD əsasən miopiyada müşahidə olunsa da, digər refraksiya qüsurlarında da aşkar edilmişdir. Ocaqların lokalizasiyasının təhlili ən çox yuxarı-temporal kvadrant rast gəlindiyini aşkara çıxartmışdır.

Yekun
Tor qişanın periferik degenerasiyası refraksiya qüsurları olan gənc şəxslərdə az rast gəlinən hal deyildir və miopiyanın dərəcəsi artdıqca onların yaranma ehtimalı yüksəlir. Bununla yanaşı, bu dəyişikliklər qeyri-miopik gözlərdə də müşahidə oluna bilər. Refraktiv cərrahiyyə öncəsi və fiziki yüklənməyə məruz qala bilən şəxslərdə periferik tor qişanın sistemli müayinəsi klinik baxımdan əsaslandırılmışdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Hüseynli S.F. and Saidova L.X. 2026. REFRAKSİYA QÜSURLARI OLAN GƏNC KİŞİLƏRDƏ TOR QİŞANIN PERİFERİK DEGENERASİYALARININ RASTGƏLMƏ TEZLİYİ VƏ KLİNİK PROFİLİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 29–38.
Article Footer

Oxşar məqalələr

21-30 : 343

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.