MƏKTƏBƏQƏDƏR VƏ AZYAŞLI MƏKTƏBLİ UŞAQLARDA MİOPİYANIN İNKİŞAFINDA İRSİ MEYİLLİLİYİN VƏ HİPERMETROPİYA EHTİYATININ ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ. MİOPİYA XXI ƏSRİN "VƏBASI" KİMİ

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020251702532738

Açar sözlər

uşaqlarda miopiya, miopiyanın inkişafının prediktorları, мiopiyaуа irsi meyilliliyik, uşaqlarda hipermetropiya ehtiyatları, logistik reqressiya

Xülasə

Məqsəd – məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlarda irsi meyilliliyin və hipermetropiya ehtiyatının miopiyanın inkişafı riskinə təsirini qiymətləndirmək.

Material və metodlar
Tədqiqata orta yaşı 6,0±0,8 olan 200 emmetropik refraksiyaya malik uşaq daxil edilmişdir. Müşahidə müddəti ən azı 2 ildir. Uşaqlar hipermetropiya ehtiyatının səviyyəsinə əsasən iki qrupa bölünmüşdür: (+)0,75 D (miopiyanın inkişaf riski aşağı) və (+)0,75 D (miopiyanın inkişaf riski yüksək). Əlavə olaraq, valideynlərdən birində və ya hər ikisində miopiyanın olması nəzərə alınmışdır. Statistik analiz üçün təsviri statistika, Pirson korelyasiya əmsalı, logistik reqressiya, OR (odds ratio), RR (relative risk), RERI (Relative Excess Risk due to Interaction) istifadə edilmişdir.

Nəticələr
Miopiya uşaqların 62%-də inkişaf etmişdir. Miopiya ilə irsi meyillilik (r = 0,394) və aşağı hipermetropiya ehtiyatı (r = –0,371) arasında statistik əhəmiyyətli əlaqə müəyyən edilmişdir (p < 0,001). Hər iki amil müstəqil prediktor kimi qiymətləndirilmişdir: irsi meyllilik üçün düzəldilmiş OR = 4,71, hipermetropiya ehtiyatı üçün OR = 4,29. Hər iki risk amilinin birgə mövcudluğu halında OR 20,0-ə çatmışdır. Lakin logistik modellərdə qarşılıqlı təsir dəyişəni statistik əhəmiyyət kəsb etməmişdir (B = –0,07; p = 0,916) və RERI göstəricisi (-0,41) mənfi olmuşdur ki, bu da amillərin sinergetik deyil, аdditiv təsirə malik olduğunu göstərir.

Yekun
Bu tədqiqatda əlçatan və obyektiv şəkildə qiymətləndirilə bilən iki əsas parametrə – irsi meyillilik və hipermetropiya ehtiyatına diqqət yetirilmişdir. Hər iki amil statistik cəhətdən müstəqil olmuş və yüksək proqnostik əhəmiyyət göstərmiş, ümumi riskin qiymətləndirilməsində bir-birini tamamlamışdır. Əldə olunan məlumatların gələcək tədqiqatlarda praktik uşaq oftalmologiyasında istifadə üçün miyopiya riskinin qiymətləndirilməsi üzrə ballı modelin hazırlanmasında tətbiqi planlaşdırılır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

17.06.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Səmədova C.H. et al. 2025. MƏKTƏBƏQƏDƏR VƏ AZYAŞLI MƏKTƏBLİ UŞAQLARDA MİOPİYANIN İNKİŞAFINDA İRSİ MEYİLLİLİYİN VƏ HİPERMETROPİYA EHTİYATININ ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ. MİOPİYA XXI ƏSRİN "VƏBASI" KİMİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 53 (Jun. 2025), 27–38. DOI:https://doi.org/10.71110/ajo791020251702532738.
Article Footer

Oxşar məqalələr

11-20 : 142

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.