AZƏRBAYCANDA YAŞLI ƏHALİ ARASINDA ÜMUMİ OFTALMOPATOLOGİYANIN DİNAMİKASININ ÖYRƏNİLMƏSİNƏ VƏ ONUN AZALDILMASI YOLLARININ AXTARIŞINA DAİR

Авторы

  • Ağayeva R.B.
  • Rüstəmova N.M.
  • Nəzərli C.A.

DOI:

https://doi.org/10.30546/2709-4634.2023.44.015.

Açar sözlər:

ümumi oftalmopatologiya, qlaukoma, katarakta, miopiya, korluq və zəifgörmə, yaşlı əhali, mütləq risk

Xülasə

Məqsəd – yaşlı əhali arasında görmə orqanının əsas patologiyaları ilə əlaqədar ilkin xəstələnmənin yayılmasını (səviyyəsi, strukturu, dinamikası və xüsusiyyətlərini) öyrənmək.

Material və metodlar
Azərbaycan Respublikasının yaşlı (18 yaşdan yuxarı) əhalisi arasında ümumi oftalmopatologiyanın dinamikasının öyrənilməsi 2017-2021-ci illər ərzində aparılmışdır. Tədqiqatın obyekti akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məlumat bazası və statistik hesabat formaları olmuşdur. Yaşlı əhalinin 100 min nəfərinə düşən insident göstəriciləri, fərdi nozologiyaların mütləq riski (MR) Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) uyğun olaraq hesablanmışdır.

Nəticə
Oftalmoloji xidmətin keyfiyyətinin yüksəldilməsi yollarından biri tibbi-təşkilati texnologiyaların stan dartlaşdırılması, müasir diaqnostik və terapevtik alqoritmlərin, elektron proqramlar əsasında xəstələrin idarə olunması protokollarının yaradılması olmuşdur. Tədqiqatın nəticələrinə görə, yaşlı əhali arasında oftalmopatologiyanın göstəriciləri nisbətən yüksəkdir, orta artım və aparıcı patologiya kimi miopiyanın üstünlük təşkil etməsi ilə xarakterizə olunur. 2021-ci ildə bütün ölkə üzrə yaşlı əhali arasında ümumi oftalmopatologiyanın intensiv göstəricisi 2017-ci illə müqayisədə 5,5% artmışdır (p<0,05). Qlaukoma xəstəliyinin mütləq riski orta hesabla tədqiqat dövründə ölkədə qeydə alınmış görmə orqanının bütün patologiyalarının 14,2±1,3%-ni təşkil edir. Yaşlı əhalidə kataraktın inkişafının mütləq riski də yüksəkdir (MR=54,8%). Cins üzrə pay bölgüsü gözün və onun əlavə aparatının ümumi patologiyası üzrə 53,4±2,6%, yaşayış yeri üzrə (şəhər: kənd sakini) proporsional nisbət isə 3:5 təşkil etmişdir. Əldə edilən məlumatlar, qeydə alınmış oftalmopatologiyanın inkişafının qarşısını almaq üçün əsaslı surətdə dispanser müşahidənin aparılmasının zəruriliyini təsdiqləyir.

Yekun
Görmə orqanının bir çox patologiyalarının müasir konservativ və cərrahi müalicə üsullarından səmərəli istifadə edilməsi, düzgün qurulmuş dispanser işi, eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi ilə yanaşı, oftalmoloqlar səylərini görmə orqanının bir çox patologiyalarının aşkarlanmasına və onların əhəmiyyətinin həqiqi səviyyəsinin hesablanması ilə risk amillərinin azaldılmasına yönəltməlidirlər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>