СИНДРОМ «SHAKEN BABY» (обзор литературы)
Açar sözlər
Shaken baby sindromu, kəllədaxili qansızmalar, beyin ödemi, retinal qansızmalarXülasə
Yuxarıda deyilənlərə əsasən belə nəticəyə gəlirik ki, “Shaken Baby” sindromu xarici travma izləri olmadan geniş klinikaya malik olduğu üçün böyük təhlükə daşıyır. Kəllədaxili qansızma, beyin ödemi və retinal qansızmalar bu sindrom zamanı zədələnmələrin klassik triadasını təşkil edir. Bu simptomokompleks başın sürətlənib-yavaşıyan və rotasion hərəkətləri nəticəsində yaranır. Güclü silkələnmə nəticəsində yaranan travmadan zərərçəkənlərin əksəriyyətində davamlı nevroloji pozğunluqlar qalır, 15-38% hallarda isə ölümlə nəticələnir. Diaqnostikanin çətinliyi və müalicə tədbirlərinin geciktirilməsi, zahirən praktik sağlam görünən uşaqlarda nevroloji və oftalmoloji fəsadların yaranmasına səbəb olur, bu isə Shaken Baby sindromunu aktual edir və daha çox araşdırılmasını tələb edir.