ANADANGƏLMƏ HİDROSEFALİYAYA BAĞLI GÖRMƏ SİNİRİNİN HİSSƏVİ ATROFİYASI (KLİNİKİ HAL)

Müəlliflər

  • Ağayeva P.Z.

DOI

https://doi.org/10.30546/2709-4634.2023.47.021.

Açar sözlər

anadangəlmə hidrosefaliya, görmə sinirinin atrofiyası, neyrooftalmologiya

Xülasə

Məqalədə anadangəlmə hidrosefaliyaya görə şunt cərrahiyyəsi aparılmış pasiyent 9 yaşlı H.Ə. uşağın görmə sinirində baş vermiş dəyişikliklər ilə bağlı klinik hal təsvir olunmuşdur. Hidrosefaliya, beyin onurğa beyin mayesi yollarının obstruksiyası, bu mayenin kəllə daxilində yığılması, beyin mədəciklərinin genişlənməsi və bütün bunların nəticəsində kəllədaxili təzyiqin artması ilə xarakterizə olunan xəstəlikdir. Beynin 3-cü mədəciyi ilə görmə siniri, görmə çarpazı və kavernoz sinus arasındakı yaxın əlaqəyə görə onun genişlənməsi müxtəlif neyrooftalmoloji xəstəliklərə səbəb olur.

Xəstədə ilkin müayinə zamanı görmə itiliyinin azalması, daxili çəplik, sol gözdə daha çox olmaqla görmə siniri diskinin hissəvi solğunluğu müşahidə olunub. Bu xəstəliyin nevroloji ağırlaşmalarının müxtəlif xarakterli olduğunu nəzərə alsaq, xəstə oftalmoloqun, nevroloqun, neyrocərrahın kompleks müşahidəsi altında qalmalıdır

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

06.02.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Ağayeva P.Z. 2024. ANADANGƏLMƏ HİDROSEFALİYAYA BAĞLI GÖRMƏ SİNİRİNİN HİSSƏVİ ATROFİYASI (KLİNİKİ HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 47 (Feb. 2024), 63–69. DOI:https://doi.org/10.30546/2709-4634.2023.47.021..
Article Footer

Oxşar məqalələr

1-10 : 256

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.