MİOPİYADA BUYNUZ QİŞANIN BİOMEXANİKİ İNDEKSLƏRİNİN KLİNİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • Zaynutdinov N.N.
  • Kamilov X.M.

Açar sözlər

miopiya, buynuz qişanın biomexanikası, refraktiv cərrahiyyə, buynuz qişanın sabitliyi, ox uzunluğu, buynuz qişanın mərkəzi qalınlığı

Xülasə

Dünya üzrə miopiyanın yayılması artır və 2050-ci ilədək əhalinin 45- 50%-ni əhatə edəcəyi proqnozlaşdırılır. Refraktiv cərrahiyyədə nəticələri və ağırlaşmaları, məsələn keratektaziya, keratokonus və qlaukoma kimi halları proqnozlaşdırmaq üçün buynuz qişa biomexanikasının dəqiq qiymətləndirilməsi çox önəmlidir. Corvis ST cihazı buynuz qişanın biomexanik parametrlərinin, o cümlədən Corvis Biomexanik İndeks və Tomoqrafik Biomexanik İndeksin ətraflı qiymətləndirilməsini təmin edərək, klinik qərarvermə və əməliyyatdan sonrakı müşahidə zamanı faydalıdır.

Məqsəd – Corvis ST cihazı vasitəsilə müxtəlif dərəcəli miopiya olan xəstələrdə Corvis Biomexanik İndeks və Tomoqrafik Biomexanik İndeksin klinik əhəmiyyətini və buynuz qişa biomexanik xüsusiyyətlərini qiymətləndirmək.

Material və metodlar
Bu perspektiv tədqiqat 2025-ci ildə “NAZAR Eye Center” klinikasında aparılmış və yüngül, orta və yüksək dərəcəli miopiyası olan 56 xəstəni (103 göz) əhatə etmişdir. Bütün xəstələrdə tam oftalmoloji müayinə, Pentacam tomoqrafiyası və Corvis ST cihazı ilə biomexanik ölçmələr aparılmışdır. Öncədən mövcud göz xəstəlikləri və ya cərrahi müdaxilə keçirmiş xəstələr tədqiqatdan çıxarılmışdır. Məlumatlar SPSS və MedCalc proqramları ilə təhlil edilmişdir (p < 0,05).

Nəticələr
Yüksək miopiyası olan xəstələrdə gözün ox uzunluğu artır, buynuz qişanın mərkəzi qalınlığı azalır və Corvis Biomexanik İndeks və Tomoqrafik Biomexanik İndeks dəyərləri yüksək olur. Digər biomexanik parametrlər də miopiyanın artması ilə əhəmiyyətli tendensiya göstərmişdir. Bu nəticələr refraktiv cərrahiyyə və uzunmüddətli stabil vəziyyətinin proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Yekun
Corvis ST cihazı vasitəsilə buynuz qişanın biomexanik xüsusiyyətlərinin qiymətləndirməsi refraktiv cərrahiyyədən sonra yarana biləcək mümkün fəsadların yaranma riskini müəyyən edərək, əməliyyatın daha dəqiq planlaşdırılmasına geniş imkanlar yaradır. Yüksək miopiyası olan xəstələrdə biomexanik parametrlərdə müşahidə edilən dəyişikliklər əməliyyatönü kompleks qiymətləndirmənin xüsusi əhəmiyyətini bir daha vurğulayır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Zaynutdinov N.N. and Kamilov X.M. 2026. MİOPİYADA BUYNUZ QİŞANIN BİOMEXANİKİ İNDEKSLƏRİNİN KLİNİK ƏHƏMİYYƏTİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 89–95.
Article Footer

Oxşar məqalələr

1-10 : 348

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.