MİOPİYANIN LAZER KORREKSİYASINDAN SONRA BUYNUZ QİŞANIN TOPOQRAFİK XÜSUSİYYƏTLƏRİNİN GÖRMƏ İTİLİYİNƏ TƏSİRİ
DOI
https://doi.org/10.71110/ajo791020261801562328Açar sözlər
topoqrafik xüsusiyyətlər, buynuz qişa, görmə itiliyi, lazer korreksiyası, miopiyaXülasə
Məqsəd – miopiyanın lazer korreksiyasından sonra buynuz qişanın topoqrafik dəyişikliklərin funksional nəticələrə təsirini qiymətləndirmək.
Material və metodlar
Müşahidə altında orta və yüksək dərəcəli miopiyası olan (≥ 3,25 D) 54 pasiyent (108 göz) olmuşdur. Biometrik göstəricilər Wavelight Allegretto Oculyzer (Alcon, Almaniya) aparatı vasitəsilə əldə edilmişdir. Lazer korreksiyası nəticəsində göstəricilərdə baş verən dəyişikliklər əməliyyatdan əvvəl və əməliyyatdan sonrakı göstəricilər arasındakı fərqin müəyyən edilməsi ilə əldə olunub. Bütün pasiyentlərdə əməliyyatdan əvvəl və əməliyyatdan 3 ay sonra görmə itiliyi və buynuz qişanın keraotopoqrafik xüsusiyyətləri təyin edilmişdir (СТ – buynuz qişasının mərkəzi qalınlığı; ISV – səthin dispersiya indeksi; IVA – vertikal assimmetriya indeksi; IHA – hündürlük assimmetriya indeksi; IHD – hündürlük dislokasiya indeksi). Pasiyentlər qeyd olunan göstəricilərin dəyərlərinə uyğun olaraq 2 qrupa bölünmüşdür. Birinci qrupa göstəriciləri normal diapazonda olanlar, ikinci qrupa isə həmin göstəriciləri normaldan yüksək olanlar daxil edilmişdir. Əməliyyatdan əvvəl və sonra bu qruplarda korreksiyasız görmə itiliyinin müqayisəsi müxtəlif dispersiyalı iki seçməli t-testi ilə aparılmışdır.
Nəticələr
Fərqli buynuz qişası qalınlığına və topoqrafik indeks ölçülərinə malik qruplarda miyopiyalı xəstələrin görmə itiliyi əsasən bir-birindən əhəmiyyətli dərəcədə fərqlənməmişdir (p ≥ 0,21). Yalnız IVA indeksinin müxtəlif səviyyələrinə malik pasiyentlərdə (< 0,28 və > 0,28) görmə itiliyinin fərqi (müvafiq olaraq 0,062 ± 0,001 və 0,094 ± 0,005) statistik cəhətdən əhəmiyyətli olmuşdur (p = 0,02). Normal və patoloji səviyyədə topoqrafik indeksləri olan qruplar görmə itiliyi göstəricilərinə görə bir- birindən əhəmiyyətli dərəcədə fərqlənmişdir.
Yekun
Miyopiyalı xəstələrdə lazer korreksiyasından əvvəl görmə itiliyi buynuz qişasının vertikal assimmetriyasından (IVA < 0,28 və > 0,28 uyğun olaraq 0,062 ± 0,001 və 0,094 ± 0,005 korreksiyasız görmə itiliyi ilə) əhəmiyyətli dərəcədə asılıdır. Lazer korreksiyasından sonra optimal görmə itiliyi 458-560 mkm buynuz qişası qalınlığı, ISV < 38, IVA < 0,28 və IHA < 19 olduqda müşahidə edilir.




