NEOVASKULYAR QLAUKOMA: ŞƏKƏRLİ DİABETİN TƏZAHÜRÜ KİMİ (ƏDƏBİYYAT İCMALI)

Authors

DOI:

https://doi.org/10.71110/ajo791020251702537789

Keywords:

neovaskulyar qlaukoma, diabetik retinopatiya, şəkərli diabet

Abstract

Neovaskulyar qlaukoma (NVQ) qüzehli qişada neovaskulyarizasiya və ön kamerada fibrovaskulyar toxumanın inkişafı ilə xarakterizə olunan ikincili qlaukomanın bir formasıdır və adətən zəif görmə ilə proqnozlanır. NVQ diabet populyasiyasının çoxalması səbəbindən artmağa davam edir. Qüzehli qişada və ön kamera bucağında neovaskulyarizasiyanın yaranması maye axını drenajına mane olur və göz daxili təzyiqin (GDT) artmasına gətirib çıxarır. Proliferativ diabetik retinopatiya (PDR) və mərkəzi retinal venanın okkluziyası gözün arxa seqmentinin işemiyasının əmələ gəlməsində ən çox yayılmış səbəblərdəndir. Neovaskulyarizasiyanın rast gəlməsinin əsas səbəbi PDR xəstələrinin artımıdır. NVQ-nın qarşısını almaq və görmə qabiliyyətini qoruyub saxlamaq üçün erkən diaqnoz və aqressiv müalicə çox vacib nüanslardandır. Bu araşdırmanın məqsədi diabetik retinopatiya (DR) zamanı yaranan ikincili NVQ-nın epidemiologiyası, patogenezi, klinik təzahürləri, diaqnostikası və müasir müalicə üsullarını təhlil etməkdir.

Downloads

Download data is not yet available.

Published

2025-06-17

Issue

Section

​LITERATURE REVIEWS

How to Cite

[1]
Namazova H.K. et al. 2025. NEOVASKULYAR QLAUKOMA: ŞƏKƏRLİ DİABETİN TƏZAHÜRÜ KİMİ (ƏDƏBİYYAT İCMALI). The Azerbaijan Journal of Ophthalmology. 17, 53 (Jun. 2025), 77–89. DOI:https://doi.org/10.71110/ajo791020251702537789.
Article Footer

Similar Articles

91-100 of 194

You may also start an advanced similarity search for this article.