C DƏRƏCƏLİ PROLİFERATİV VİTREORETİNOPATİYA İLƏ AĞIRLAŞMIŞ TOR QİŞANIN REQMATOGEN QOPMASININ MÜALİCƏSİNDƏ RETİNOTOMİYA VƏ RETİNEKTOMİYA İLƏ APARILAN VİTREKTOMİYANIN ANATOMİK VƏ FUNKSİONAL NƏTİCƏLƏRİ (ƏDƏBİYYAT İCMALI)
Açar sözlər
proliferativ vitreoretinopatiya, tor qişanın reqmatogen qopması, vitrektomiya, retinektomiya, retinotomiyaXülasə
Məqsəd – bu ədəbiyyat icmalında tor qişanın reqmatogen qopması və proliferativ vitreoretinopatiyanın (PVR) patogenezi ilə bağlı yerli və xarici mənbələrdə yer alan məlumatlar təhlil olunur, həmçinin bu patologiyaların inkişaf mexanizmlərinə dair müasir nəzəriyyələr araşdırılır. İcmalın mühüm hissəsi, C dərəcəli ağırlaşmış tor qişanın reqmatogen qopmasının cərrahi müalicəsinin xüsusiyyətlərinə həsr olunmuşdur. Bu bölmədə birincili vitrektomiyanın aparılması zamanı mühüm boyaların, perftororqanik birləşmələrin, daxili məhdudlaşdırıcı membranın soyulması və mikroqeyj cərrahiyyəsinin tətbiqinin əhəmiyyəti təhlil olunur. Məqalədə cərrahi icra üsullarındakı fərqlər, retinektomiya tətbiqinin məqsədəuyğun olduğu hallar, retinotomiyanın harada aparılmasının daha optimal olduğu vəziyyətlər müzakirə olunur və bu müdaxilələrlə əlaqəli mümkün fəsadlar qeyd edilir. Tədqiqatda C dərəcəli PVR ilə ağırlaşmış və yeni diaqnoz qoyulmuş tor qişanın reqmatogen qopması olan xəstələrə tətbiq edilmiş retinotomiya və retinektomiya hallarını əhatə edən klinik nümunələr təhlil olunur.
Material və metodlar
Ədəbiyyat icmalının hazırlanması zamanı PubMed və Elsevier elmi məlumat bazalarında yer alan məqalələrdən istifadə olunmuşdur.
Nəticələr
Retinotomiya və retinektomiyadan istifadə etməklə aparılan vitrektomiya ilə bağlı retrospektiv tədqiqatların nəticələrinə əsasən, ilkin cərrahi müdaxilədən sonra 48,5%-dən 78,2%-yə qədər, təkrar əməliyyatdan sonra isə 60%-dən 83,1%-ə qədər əlverişli anatomik nəticələr əldə edilmişdir. Əməliyyatdan sonrakı orta ən yaxşı korreksiya edilmiş görmə itiliyi əməliyyatdan əvvəlkindən daha yaxşı nəticə göstərmişdir.
Yekun
Hal-hazırda C dərəcəli ağırlaşmış PVR ilə müşayiət olunan tor qişanın reqmatogen qopması xəstələri üçün universal cərrahi müalicə strategiyası mövcud deyil. Hazırda istifadə olunan retinektomiya və retinotomiya üsulları əməliyyatdan sonrakı yüksək funksional nəticələr təmin edir və əksər hallarda əlverişli anatomik nəticələrlə gətirib çıxarır.