SEREBRAL DİSFUNKSİYASI OLAN PREPUBERTAL YAŞDA UŞAQLARDA MİOPİYANIN KOMPLEKS MÜALİCƏSİNİN EFFEKTİVLİYİNƏ DAİR
DOI
https://doi.org/10.71110/ajo791020251702531726Açar sözlər
miopiya, serebral disfunksiya, prepubertal yaş, beynin homeostatik neyroplastikliyiXülasə
Məqsəd – serebral görmə disfunksiyası olan uşaqlarda miopiyanın kompleks profilaktik müalicəsinin effektivliyini öyrənmək.
Material və metodlar
İki il ərzində 5-8 yaş arası 52 uşaq zəif görmə ilə oxu və yazı zamanı diskomfort və periodik baş ağrıları şikayətləri ilə müşahidə edilmişdir. Serebral disfunksiyası olan uşaqların nevroloji müayinəsi zamanı vizual analizatorun damar təchizatı mexanizmlərinin tənzimlənməsinin artması tendensiyası müşahidə edilmişdir. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrup – həm pleoptik, həm də nevroloji müalicə alan 32 uşaq; II qrup – yalnız pleoptik müalicə alan 20 uşaq. Müalicədən əvvəl və sonra refraksiya Plusoptix A09 pediatrik avtorefraktometri ilə yoxlanılmışdır.
Nəticələr
Alınmış nəticələrin müqayisəli təhlili zamanı məlum olmuşdur ki, I qrupda müalicəyə qədər refraksiya -0,75 D ilə (-)1,5 D arasında olan 22 uşaqdan 9-da (28%) müalicədən sonra refraksiya göstəriciləri dəyişilməmişdir; müalicədən əvvəl (-)0,5 D-dən (-)0,75 D-ə qədər refraksiyası olan 10 (31%) uşağın sayı 15-ə (47%), 8-də (25%) isə (+)1,0 D-dən (-)0,75 D-ə qədər artmışdır. Eyni zamanda, yalnız pleoptik müalicə alan ikinci qrup uşaqlarda refraksiyası (-)0,75 D-dən (-)1,5 D-ə qədər olan 12 (60%) uşaqdan 11-də (55%) müalicədən sonra refraksiya göstəriciləri dəyişilməmiş, refraksiyası (-)0,5 D-dən (-)0,75 D-ə qədər olan uşaqların sayı isə cəmi 1 nəfər artaraq 9 uşaq (45%) təşkil etmişdir.
Yekun
Uşaqlarda görmə qabiliyyətinin itirilməsi həyatın müxtəlif mərhələlərində mərkəzi sinir sisteminə (MSS) əhəmiyyətli təsir göstərdiyini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, görmə pozğunluqlarının formalaşması və onların transformasiya proseslərində neyrohumoral tənzimləmə, adaptiv mexanizmlər və ya homeostatik neyroplastiklik həlledici rol oynayır. Əldə edilmiş nəticələrə əsasən belə qənaətə gəlmək olar ki, serebral görmə disfunksiyası olan uşaqlarda miopiyanın profilaktik kompleks müalicəsi refraksiya pozğunluqlarının dinamikasına və miopiyanın sonrakı gedişinə müsbət təsir göstərir.