ПОКАЗАТЕЛИ ЗРИТЕЛЬНЫХ ФУНКЦИЙ ПРИ ВРОЖДЕННОЙ МИОПИИ У ШКОЛЬНИКОВ, ПРОФИЛАКТИКА ИХ ОСЛОЖНЕНИЙ И МЕТОДЫ ЛЕЧЕНИЯ
Xülasə
Anadangəlmə miopiyası olan 5-12 yaş arası 110 məktəbli uşaqda korreksiya ilə və korreksiyasız görmə itiliyi, refraksiya, göz oxunun ön-arxa uzunluğu, göz dibinin vəziyyəti, elektroretinoqrafiya və ZVP müayinələri keçirilib. Müayinə zamanı aşkar olunub ki, xəstələrdə görmə itiliyi korreksiyasız orta hesabla 0,03-0,08, korreksiya ilə - 0,2-0,5, miopiyanın dərəcəsi - 6,0-17,0 D qədər olub. Exobiometrik müalicənin nəticələri: 5-6 yaş - 24,6-26,2 mm, 7-5 yaş - 24,8- 26,6 mm, 9-10 yaş-25,2-27,3 mm, 11-12 yaş-25,8-28,7 mm. ERQ 62% xəstədə, ZVP 37% xəstədə dəyişikliklər aşkar olunub. 43% xəstədə göz dibində periferik patoloji dəyişikliklər aşkar olunub, 29 uşaqda profilaktik lazerkoaqulyasiya aparılıb.