ВЛИЯНИЕ ИРРИГАЦИОННЫХ РАСТВОРОВ НА ЭНДОТЕЛИЙ РОГОВИЦЫ (ЭКСПЕРИМЕНТАЛЬНОЕ ИССЛЕДОВАНИЕ)
Açar sözlər
irriqasiya məhlulları, endotelial hüceyrələr, intraokulyar linzalar, kataraktanın ekstrakapsulyar ekstraksiyasıXülasə
Təqdim olunan preparat (KBM) sabit bufer məhlulu olub, öz duz tərkibinə görə ön kamera mayesinə yaxındır və turşu-qələvi müvazinətinin fizioloji göstəricisi ph 7,2-7,4 dür. İrriqasion maye bufer inqrediyenti kimi bir və ya ikiəvəzli natri fosfatdan təşkil olunub ki, bu da ön kamera mayesinin təbii bufer mexanizminin kompo^nentidir. Əlavə olaraq irriqasion mayedə L-kamozin mövcuddur, hansı ki, antioksmdant və bioloji membran protektoru rolunu oynayır. Həmçinin dekstran və metil sellulozanın suda həll olan birləşmələri mövcuddur ki, onlar da kolloid-osmotik agent rolu oynayaraq buynuz qişanın şişməsinin qarşısını alır və hüceyrələrin səthində su-bufer təbəqəsi əmələ gətirir. Mayenin tərkibində iltihab əleyhinə təsirə malik heparin və eləcə də qlikozaminqlikanlar mövcuddur. İrriqasion mayenin bütün komponenti dayanıqlıdır və avtoklav sterilizasiyasına davamlılıq gətirərək öz fiziki-kimyəvi xüsusiyyətlərini dəyişmir.