ОСОБЕННОСТИ ПРИМЕНЕНИЯ НЕСТЕРОИДНЫХ ПРОТИВОВОСПАЛИТЕЛЬНЫХ СРЕДСТВ В ЭКСИМЕРЛАЗЕРНОЙ ХИРУРГИИ РОГОВИЦЫ
Açar sözlər
qeyri-steroid iltihab əleyhinə vasitələr, fotorefraksion cərrahiyyə, fotoproteksiyaXülasə
Məqsəd - qeyri-steroid iltihab əleyhinə vasitələrin (QSİƏV) buynuz qişanın fotorefraksion cərrahiyyəsində
tətbiqinin xüsusiyyətlərinin öyrənilməsi.
Material və metodlar
Müxtəlif dərəcəli miopiya və mürəkkəb miopik astiqmatizm ilə 117 pasiyentin 234 gözündə müxtəlif QSİƏV-
nin peroral və yerli tətbiqindən sonra FRK, FemtoLASİK əməliyyatlarından sonrakı dövrün kliniki gedişatının
xüsusiyyətləri təhlil edilmişdir.
Nəticə və onların müzakirəsi
Fotorefraksion ablyasiyadan əvvəl və erkən əməliyyatdan sonrakı dövrdə müxtəlif QSİƏV-nin peroral və yerli
tətbiqi onlara qarşı yaxşı tolerantlığın olmasını göstərmişdir.
Nəticələr
Riboflavinlə fotorefraksion ablyasiyanın aparılmasının yeni texnologiyası zamanı QSİƏV-nin tətbiqi bu
cür yanaşmanın perspektivliyini göstərir. QSİƏV-nin buynuz qişanın fotorefraksion cərrahiyyəsində tətbiqi bir sıra xüsusiyyətlərə malikdir
və buynuz qişanın stromasının ablyasiyasının həcmini, ametropiyanın və eksimer-lazer refraksion
əməliyyatının növünü nəzərə almaqla onların tətbiqi üzrə konkret texnologiyaların optimizasiyasına dair
gələcəkdə tətqiqatların aparılması zəruridir.