БОЛЕЗНЬ КОАТСА (КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)
Açar sözlər
Koats xəstəliyi, USM B-scan, FFA, torlu qişanın lazer koaqulyasiyasıXülasə
Koats xəstəliyi idiopatik qeyri-irsi xəstəlik olub, əsasən periferik tor qişa damarlarının teleanqiektatik genişlənməsi, qıvrılması və bu damarlar ətrafında ekssudativ qopma ilə təzahür edir. 
Kliniki hal: 7 yaşlı qız sol gözdə zəif görmə və çəpgözlük şikayətləri ilə mərkəzimizə müraciyyət etmişdir. Daxil olarkən sol gözün ğörmə itiliyi – 0,05. FFA və USM B-scan müayinələri nəticəsində xəstədə Koats xəstəliyi diaqnozu qoyulmuşdur. 
FFA nəticəsində aşkar olunmuş teleanqiektatik damarlar ətrafnda və anevrizmatik genişlənmiş damarlara birbaşa fotokoaqulyasiya icra edilmişdir. 
1 il sonra VIS OS=0,2. Göz dibinin müayinəsi zamanı ekssudasiyanın sorulması, damarların normal kalibrə qayıtması müşahidə olunmuşdur. USM b-scan müayinəsində ekssudativ qopmanın tam bərpası qeydə alınmışdır. 
Təqdim olunmuş kliniki hal bir daha ədəbiyyatlarda göstərildiyi kimi vaxtında aparılmış müalicənin effektivliyini sübut etmişdir.
 
						




