PİQMENTLİ RETİNİT ZAMANI AKUPUNKTURANIN GÖZÜN HEMODİNAMIKASINA VƏ TOR QİŞANIN ELEKTROGENEZİNƏ TƏSİRİ
DOI:
https://doi.org/10.71110/ajo791020241604513544Açar sözlər:
rəngli doppler kartlaşdırılma, elektroretinoqrafiya, akupunktura, piqmentli retinitAbstract
Məqsəd – akupunkturadan (AP) əvvəl və sonra müxtəlif mərhələli piqmentli retiniti (PR) olan pasiyentlərdə tor qişanın elektrofizioloji parametrlərini və göz damarlarında hemodinamik parametrləri öyrənmək, nəticələrin müqayisəli və korrelyasiya təhlilini aparmaq.
Material və metodlar
PR diaqnozu ilə 25-44 yaş arası 75 xəstə (150 göz) müayinə olunmuşdur. PR-in 3 mərhələsi müəyyən edilmişdir – başlanğıc, orta və ağır mərhələlər. Rutin oftalmoloji müayinələrə əlavə olaraq, elektroretinoqrafiya (ERQ) və rəngli doppler kartlaşdırılması (RDK) aparılmışdır. Xəstələrin terapiya kursu 10 AP seansından ibarət olmuşdur. Tədqiqatlar AP kursundan əvvəl və 2 həftə sonra aparılmışdır.
Nəticələr
Hemodinamik və elektrofizioloji tədqiqatlar xəstələrin bütün qruplarında AP-dən əvvəl statistik cəhətdən əhəmiyyətli olan pozğunluqları aşkar etmişdir. Müalicədən sonra 1-ci və 2-ci qrup pasiyentlərdə müsbət dinamika aşkar edilmişdir, 3-cü qrupda isə əhəmiyyətli dəyişikliklər qeydə alınmamışdır.
Yekun
Beləliklə, göz damarlarının RDK-sı əlavə informativ və qeyri-invaziv bir üsul olub, ERQ ilə yanaşı, PR zamanı proqnozu müəyyənləşdirmək, xəstəliyin ağırlıq dərəcəsini və müalicənin təsirini qiymətləndirilmək məqsədilə istifadə edilə bilər. AP PR-in başlanğıc və orta ağır dərəcəli mərhələlərində olan pasiyentlərdə alternativ müalicə üsulu kimi nəzərdən keçirilə bilər.