MAKULANIN MÜXTƏLİF PATOLOGİYALARI ZAMANI MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN TƏTBİQİ (KLİNİK HAL)

Müəlliflər

  • Şahbazova N.Ə.
  • Alıyeva A.V.
  • İsmayılova Ü.S.

DOI

https://doi.org/10.30546/2709-4634.2022.1(40).41

Açar sözlər

multifokal elektroretinoqrafiya, makulyar patologiyalar

Xülasə

Məqsəd - makulyar patologiyalar zamanı funksional dəyişiklikləri müəyyən etmək üçün multifokal elektroretinoqrafiyanın rolunu qiymətləndirmək.

Material və metodlar
Diabetik makulyar ödem, retinanın traksion qopması, subretinal neovaskulyar membran, mərkəzi seroz xorioretinopatiya, Ştarqart xəstəliyi və piqmentli retinit olan 35-75 yaş aralığında 6 xəstədə (6 göz) tədqiqat aparılmışdır. Görmə itiliyi 0,02-0,6 arasında tərəddüd etmişdir. Xəstələrdə standart müayinələrlə yanaşı, multifokal elektroretinoqrafiya (mf-ERQ), göz dibinin rəngli fundus şəkli və optik koherent tomoqrafiya (OKT) müayinələri aparılmışdır. Mf-ERQ müayinəsi zamanı amplitudlar və P1 latentliyi konsentrik halqalarla ölçülmüşdür.

Nəticə
Tədqiq edilən bütün pasiyentlərdə amplitudlar patoloji dəyişikliyə uyğun olaraq azalmışdır. Patoloji dəyişikliyin dərəcəsi ilə amplitud göstəriciləri arasında uyğunluq müəyyən edilmişdir. Mərkəzi seroz xorioretinopatiya istisna olmaqla, digər patologiyalarda latentlik ilə amplitud və patoloji dəyişiklik arasında nəzərəçarpacaq uyğunluq müşahidə edilməmişdir.

Yekun
Mf-ERQ makulanın müxtəlif patologiyalarında funksional dəyişikliklərin qiymətləndirilməsində vacib müayinə metodudur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

24.04.2022

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Şahbazova N.Ə. et al. 2022. MAKULANIN MÜXTƏLİF PATOLOGİYALARI ZAMANI MULTİFOKAL ELEKTRORETİNOQRAFİYANIN TƏTBİQİ (KLİNİK HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 40 (Apr. 2022), 41–50. DOI:https://doi.org/10.30546/2709-4634.2022.1(40).41.
Article Footer

Oxşar məqalələr

11-20 : 65

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.